Reklam verin!

yaprağ tökündüsü

Ay uşaxlar ələlə ələlə verin gedək arzı gilə

böyuk bir diyaram böyük toprağam

araz1385     Mart 24, 2008 1:19
böyuk bir diyaram böyük toprağam
vahid bir millətəm vahid bayrağam  
özbəyəm kırqızam türkəm qazağam   
Qardaş vay soydaş vay obam elim vay
Vətəndən vətənə gedən yolum vay
Dərbəndəm təbrizəm ankarayam mən
Kaşğaram kərkükəm gör harayam mən
Ikiyə bölünmüş astarayam mən
Araz vay məftil vay sərhəd telim vay
Vətəndən vətənə gedən yolum vay
Hər yana uz dutsan mən o yandayam
Zəncanda muğanda naxcıvandayam
Türkəmənçaydayam  gülüstandayam
qələm vay imza vay saxta qolum vay
Vətəndən vətənə gedən yolum vay
Müşfiqəm cavidəm güllələnmişəm
Heykələ dönmuşəm daşa dönmüşəm
Uluyam nahaxdan belə sinmışam
Güllə vay eedam vay nahaqq ölum vay
Vətəndən vətənə gedən yolum vay
Bir yanda bayrağım yasağ olundu
Bir yanda kəküclə orağ olundu
Mən türkəm deyənlər dostağ olundu
Yasax vay qıfıl vay kəsik dilim vay
Vətəndən vətənə gedən yolum vay
Hər yerdə hər yanda bir bayrağım var
Döğudan batıya bax dayağım var
Sazlı borçalım var qara bağım var
Bağım vay baxcam vay solmuş gülüm vay
Vətəndən vətənə gedən yolum vay
Babəkəm nəbiyən lap çəngizəm mən
Dədəqorqudam mən sazam sözəm mən
Kül altıdakı yanar közəm mən
Alov vay aatəş vay sönmüş külüm vay
Vətəndən vətənə gedən yolum vay
Bir daha kimsəyə əyilməz elim
Nə rusa nə farsa əyilməz belim
Zəncirə çəkilməz bağlanmaz qolum
Qırılmış zəncir vay açıx qolum vay
Vətəndən vətənə gedən yolum vay
Vətəndən vətənə gedən yolum vay
Vətəndən vətənə gedən yolum vay
Vətəndən vətənə gedən yolum vay
Vay………
p.dilənçi
Bölməsiz     Şərhlər(2)     Baxış sayı: 97     Mart 24, 2008 1:19     böyuk bir diyaram 

1

Zəncirlər qırılacaq, qollar da, yollar da açılacaq, Vətən bir olacaq!

Mart 30, 2008 7:08
2
Ruzigarim yazıb:

Deme, Araz. Parcalana-parcalana gedirik. Ozumuzu ozumuze unutdururlar.
sad
Ahiska turkleri dostlarimizin sayti-
www.ahiska.moy.su

May 11, 2008 21:57

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında

araz1385
mən güney azərbaycanlıyəm

Axtarış

Arxivlər

Sayqaç

  • İndi blogda: 1
  • Keçən ayın hiti: 1117
  • Dünənki hit: 11
  • Bugünki hit: 6
  • Ümumi hit: 7021

Müxtəlif


© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com