BAYATILAR
BAYATILAR
Əzizim dərdə mərdim,
Düşməsin dərdə mərdim.
Mənə dərman neyləsin?
Tifilkən dərd əmərdim.
Bayatilar! Sözə ənbər qatılar,
Damarımda nəbz kimi atılar.
Bayatının atəşindən, odundan
Ürəyimdə neçə tonqal çatılar.
Bayatılar! Sinə dağı, göz dağı,
Məhəbbətin tüstülənən ocağı.
Bir millətin kimliyini bildirən,
Nəfəsindən ləpələnən bayrağı!
Bayatının boyasına boyandım,
Söz - qibləmdir, söz - eşqimdir, söz andım.
Bayatının tilsiminə düşüncə
Vallah şair ölduğuma utandım.
Aprel, 1998.
Bəxtiyar vahabzadə
araz1385 : bəxtyar vahabzadə : Şərhlər(0) : Sentyabr 4, 2009 21:36
Baxış sayı: 148
Açar sözlər:

