aldanmaram ki, doğrudur ayinin, ey əmu!
aldanmaram ki, doğrudur ayinin, ey əmu!
Aldanmaram ki, doğrudur ayinin, ey əmu!
Kəssin məni, həqiqi isə dinin, ey əmu!
İmanına qəsəmlə çapırsan cəmaəti,
Quldurçuluq tüfəngimidir dinin, ey əmu?
Qəlbin kimi siyah edəməzsən məhasinin,
Cumma hənaya, boşla bu təlvinin, ey əmu?
Sövmü səlatdan sənə gər çıxmasaydı pul
Olmazdı bunca zəhmətə təmkinin, ey əmu?
Tikmə namazını gözümə bir cida kimi,
Göstər müamiləndəki təyinin, ey əmu!
Mirzə ələkbər sabir
araz1385 : MİRZƏƏLƏKBƏR SABİR : Şərhlər(0) : Sentyabr 17, 2009 19:33
Baxış sayı: 66
Açar sözlər:
