BİMƏRHƏMƏT ƏYANLARINA ŞÜKR, XUDAYA!

BİMƏRHƏMƏT ƏYANLARINA ŞÜKR, XUDAYA!

 

 

 

 

Bimərhəmət əyanlarına şükr, xudaya!

Bu sahibi-milyanlarına şükr, xudaya!

 

Millət qəminə baxmayan ənzari-kərəmlə

İyşani-zəvi-şanlarına şükr, xudaya!

 

İş bilməyən ancaq yemək-içməkdən əlavə,

Bu canlı dəyirmanlarına şükr, xudaya!

 

Bidadi-bəradərlə olan qanına qəltan

Qafqazdakı qurbanlarına şükr, xudaya!

 

Xassə Bakı şəhrində, о şöhrətli məkanda

Dərya tək axan qanlarına şükr, xudaya!

 

Xunxar olan əfradi-bəni-növünə daim

Bu vəhşiyü ğərranlarına şükr, xudaya!

 

Qurd isə, şəğal isə biyabanda olurdu,

Şəhr içrə bu heyvanlarına şükr, xudaya!

 

Gözlənməyən ədnalığın icadına ciddən

Himmət edən insanlarına şükr, xudaya!

 

Həmmamdə övrətlərə quldurluq edən bu

Qeyrətli müsəlmanlarına şükr, xudaya!

 

Sakit oturan boylə cinayətlərə qarşı

Bu sahibi-vicdanlarına şükr, xudaya!

 

Bilməm nə zaman qəhrin edər aləmi bərbad?!

Səbr etdiyin avanlarına şükr, xudaya!

 

Həll olmadı könlümdəki nisgilli müəmma....

Təcdid edirəm mətləi, mabədi var əmma...

Mirzə ələkbər sabir

.


araz1385 : MİRZƏƏLƏKBƏR SABİR : Şərhlər(1) : Sentyabr 17, 2009 19:41

Baxış sayı: 52
Açar sözlər:


1
fatma yazıb:

salam mən fatma Şimali Azərbaycandan həmyerliniz.Yazdıqlarınız çox maraqlıdı xüsusilə də öz qələminizdən çıxanlar sizə təşəkkür edirəm və uğurlar arzulayıram yazılıarınızın davamını səbrsizliklə gözləyəcəm

Sentyabr 29, 2009 22:25

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha