Fəxriyyə
Fəxriyyə
Hərçənd əsiran-i quyudat-i zamanız
Hərçənd duçaran-i bəliyyat-i cahanız
Zənn etmə ki bu əsrdə avare-yi nanız
Əvvəl nə idiksə yenə biz şimdi həmanız
Turanlılarız adi-yi şuğl-i sələfiz biz
Öz qovmumuzun başına əngəl kələfiz biz
Zülmət sevər insanlarız üç beş yaşımızdan
Fitnə göyərir torpağımızdan daşımızdan
Tarac edərək bac alırız qardaşımızdan
Çıxmaz çıxabilməz də bu adət başımızdan
Əslafımıza çünkü həqiqi xələfiz biz
Öz qovmumuzun başına əngəl kələfiz biz
Ol gün ki Məlik Şah-i Büzürg eylədi rihlət
Etdik iki namərd vəzirə təbəiyyət
.... Düşmən qatıb əl təxtimizi eylədi qarət
Öz haqqımızı gözləməyə bitərəfiz biz
Turanlılarıq adi-yi şuğl-i sələfiz biz
Bir vaxt olub ləşkər-i Çəngizə tərəfdar
Xarəzmləri məhv elədik qətlə yekbar
Xarəzmlərin Şahı fərar eylədi naçar
.... Məscidləri məktəbləri yıxdıq yerə təkrar
! Həqqa ki səzavar-i nişan-o şərəfiz biz
! Öz dinimizin başına əngəl kələfiz biz
Bİr vaxt da dava-yi Səlib oldu mühəyya
Davada firəngilərə qalib gəlib amma
Dincəlməyib etdik yeni bir faciə bərpa
Öz tiğimiz öz rişəmizi kəsdi sərapa
Guya ki biyabanda bitən bir ələfiz biz
Öz qovmumuzun başına əngəl kələfiz biz
Bir vaxt daxi Ağqoyun Qaraqoyun olduq
Azərbacana həm də Anatoluya dolduq
Ol qədr qırıb birbirimizdən ki yorulduq
Qırdıqca yorulduq və yorulduqca qırıldıq
Turanlılarız adi-yi şuğl-i sələfiz biz
Öz qovmumuzun başına əngəl kələfiz biz
Bir vaxt salıb tərəqə olduq iki qismət
Teymur Şahı bir paramız etdi himayət
Xan Ildırıma bir paramız qıldı itaət
Qanlar saçılıb Ankarada qopdu qiyamət
Əhsən bizə həm tirzəniz həm hədəfiz biz
Öz qovmumuzun başına əngəl kələfiz biz
Teymur Şəh-i Ləngə olub tabe-i fərman
Xan Toxtamışı eylədik al qanına qəltan
Ta oldu Qızıl Ordaların dövləti talan
Moskov Şahına fayidəbəxş oldu bu meydan
Əlyovm Uruslaşmışıq elə zişərəfiz biz
Öz dinimizin başına əngəl kələfiz biz
bir vaxt Şəh İsmaili ilə Sultan-i Səlimə
Məftun olaraq eylədik İslamı du nimə
Qoyduq yeni bir tazə adı din-i qədimə
Saldı bu Təşəyyu bu Təsənnün bizi bimə
Qaldıqca bu halətlə səza-yi əsəfiz biz
Öz dinimizin başına əngəl kələfiz biz
Nadir bu iki xəstəliyi tutdu nəzərdə
İstərdi əlac eyləyə bu qorxulu dərdə
Bu məqsədilə əzm edərək girdi nəbərdə
Məqtulən onun nəşini qoyduq quru yerdə
Bir şey-i əcibiz nə bilim bir tühəfiz biz
Öz dinimizin başına əngəl kələfiz biz
İndi yenə var tazə xəbər tazə tamaşa
İranlılıq Osmanlılıq ismi olub ehya
Bir qitə yer üstündə qopub bir yekə dava
Meydan ki qızışdı olarıq məhv sərapa
Onsuz da əgər çənd ki yeksər tələfiz biz
Öz qovmumuzun başına əngəl kələfiz biz
Mirzə ələkbər sabir
araz1385 : MİRZƏƏLƏKBƏR SABİR : Şərhlər(0) : Sentyabr 21, 2009 15:12
Baxış sayı: 44
Açar sözlər:
