Reklam verin!
Yuma Ailə Jurnalı

yaprağ tökündüsü

Ay uşaxlar ələlə ələlə verin gedək arzı gilə

Qoy ağlasın

araz1385     Mart 23, 2008 16:53

Cavan şaiir saz götürək

Aramızda söz oynasın

Hər sətrimiz hər noqtamız

Hədəfində düz oynasın

Haşım tərlan 

Cavab: Qoy ağlasın

Qoca şair qələm götür,
Kədərdən yaz, söz ağlasın.
Vüsal üçün nəğmələr qoş,
Qəriblikdə göz ağlasın.

Qara bəxtli Saramız var,
Sağalmayan yaramız var,
Görüşməyə haramız var?
Ayrılığa döz, ağlasın!

Sanma olub həvəsin az,
Qələmindir əlində saz,
Qızıl saçlı günəşdən yaz,
Alov yağdır, köz ağlasın!

Qoca şair durma bir an!
Saz al, söz qoş, ellərə yan!
Qışda göllər donan zaman,
İsti pay ver buz ağlasın.

Darıxanda eli səslə,
Həzin-həzin mahnı bəslə,
Həsrətdən de bizim nəslə-
Göz yaş töküb, üz ağlasın.

Alsa boz bulud başını,
Qəmli görsən qardaşını,
Gözdən axan qan yaşını-
Yanağlara düz, ağlasın!

Yad ellərdən köçüb gələn-
Həzin yeli görsə çəmən,
Solan gülə ağlama sən!
Matəmində yaz ağlasın.

Şair tökmə gözdən yaşın,
Altmışdan da ötüb yaşın.
Söylə nələr çəkib başın,
Qoy dərdlilər az ağlasın.

Şair görüm ildən-ilə,
Nəğmələrin düşsün dilə,
Gəzsin bütün eldən-elə,
Aşıq çalsın saz ağlasın.


Bookmark and Share
Bölməsiz     Şərhlər(0)     Baxış sayı: 129     Mart 23, 2008 16:53     qoy ağlasın 

  Yazılar cəmi: 1   
© Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog AzeriBlog.com